Infoteka.az
Siyasət

Ukrayna səfiri Azərbaycana minnətdarlığını bildirib

“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.

İnfoteka.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” səhifəsində paylaşım edib.

Səfir qeyd edib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur: “Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”.

Ukrayna səfiri Azərbaycana minnətdarlığını bildirib
Ukrayna səfiri Azərbaycana minnətdarlığını bildirib
Infoteka.az