Infoteka.az
Mədəniyyət

Ancelina Coli BMT-nin xüsusi elçisi postunu tərk edib, başqa cür işləmək lazım gələcək...

İnfoteka.az xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat verib. Məlumatı "İzvestiya" nəşri yayıb.

"Ancelina Coli uzun illər BMT Ali Komissarının qaçqınların işi üzrə vacib tərəfdaşı olub. Biz ona onilliklər ərzində xidmətinə, fədakarlığına, öz evlərini tərk etməyə məcbur olan insanlar üçün etdiklərinə görə minnətdarıq", - bunu qaçqınların işləri üzrə Ali Komissar Filippo Qrandi bəyan edib. Colinin özü isə deyib ki, özünün humanitar fəaliyyətini davam etdirəcək və qaçqınlar və digər yerini dəyişənlər üçün əlindən gələni edəcək.

"BMT sistemində 20 il işləyəndən sonra mən hiss edirəm ki, başqa cür, qaçqınlarla və yerli təşkilatlarla birbaşa qarşılıqlı əlaqədə işləmək zamanı gəlib", - aktrisa deyib.

Ancelina Coli BMT-nin qaçqınların işi üzrə Ali Komissarı ilə 2001-ci ildən əməkdaşlıq edib. Əvvəlcə o, xoş məramlı səfir olub, 2012-ci ildə təşkilatın xüsusi elçisi statusunu alıb. BMT-də 21 il ərzində 60-dan çox humanitar missiyada iştirak edib. 2022-ci ilin aprelində Coli Ukraynanı ziyarət edib. Lvovda o, şəhər sakinləri ilə söhbət edib, yerli təamlardan dadıb və hava həyəcanının dəhşətini yaşayıb.

Infoteka.az