Infoteka.az
Mədəniyyət

Vaqif Mustafazadə yad olundu

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli musiqiçi, caz əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş “Anam. İçərişəhər. Xəzər…” adlı konsert proqramı təqdim edilib.

İnfoteka.az "Kulis.az"-a istinadən xəbər verir ki, konsert çərçivəsində Azərbaycan caz-muğam musiqisinin məşhur nümayəndələri Vaqif Mustafazadənin əsərlərini səsləndiriblər. Konsertdə Alim Qasımov, Elbəy Məmmədzadə, Elçin Şirinov, Elvin Bəşirov, Emil Əfrasiyab, Etibar Əsədli, İsfar Sarabski, İsgəndər Ələsgərov, Mir Musa Seyidzadə, Nicat Aslanov, Riad Məmmədov, Ruslan Hüseynov, Şahin Növrəsli, eləcə də Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı və dirijor Fuad İbrahimovun idarəçiliyi ilə “Bakı Kamera Orkestri (“Baku Chamber Orchestra”) çıxış edib.

Konsertin “Anam. İçərişəhər. Xəzər…” adlandırılması da təsadüfi deyil. Belə ki, Xəzərin sahilində yerləşən Bakıda, İçərişəhərdə dünyaya göz açan Vaqif Mustafazadə yaradıcılığındakı uğurların səbəblərindən söz açarkən hər zaman etiraf edərdi: “Çünki anam, İçərişəhər və bir də dəniz var idi”.

Infoteka.az