Azərbaycanda 3 maqnitudada zəlzələ olub.
İnfoteka.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 19.12.2022 tarixində yerli vaxtla saat 00:07-də Şəki stansiyasından 7 km qərbdə, Şəki şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib.