Bu gün Türkiyənin Ankara şəhərində “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin iclasında gələcək hədəflər və planlar müəyyənləşdirilib.
İnfoteka.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, iclasda cari ilin yekunlarına dair müzakirələr aparılıb.
Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51%) malikdir.