Bakıda küçəyə atılan üç aylıq körpənin yerləşdirildiyi sığınacağın rəhbəri açıqlama verib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, körpəni atan ananın çətin vəziyyətdə olduğunun ehtimal edildiyini qeyd edib:
“Aldığım məlumata görə, ana özünün və körpənin sənədlərini uşağın yanına qoyaraq gedib”.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti məlum olub.
Daha ətraflı Baku TV-nin süjetində: