Infoteka.az
Sosial

Gədəbəydə icra başçısının qüsurlar aşkarladığı məktəbin direktorundan izahat alınıb

Gədəbəydə icra başçısının qüsurlar aşkarladığı məktəbin direktorundan izahat alınıb.

İnfoteka.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən report-un Qərb bürosuna verilən məlumata görə, rayonun Arıqıran kənd tam orta məktəbində şagirdlərin və müəllimlərin dərsdə olmaması ilə bağlı araşdırmalara başlanılıb və hazırda monitorinq aparılır.

Qeyd olunub ki, məsələ ilə bağlı məktəb direktorunun izahatı alınıb. Məlumata görə, araşdırmalar davam etdirilir: "Monitorinq başa çatdıqdan sonra nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. Məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Məktəb direktoru və dərsdə olmalı olan bəzi müəllimlər, həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Şagirdlərin əksəriyyəti isə digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslər olduğu da müəyyən edilib. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

Infoteka.az