Infoteka.az
Dünya

NASA Yer kürəsinin ən soyuq məkanını açıqladı: -92,7 dərəcə

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yer kürəsinin ən soyuq nöqtəsinin harada yerləşdiyini açıqlayıb.

İnfoteka.az xəbər verir ki, bununla bağlı NASA “Facebook” sosial şəbəkəsində paylaşım edib.  

Yumoristik paylaşımda bildirilib ki, Şərqi Antarktika pIatosunda yerləşən dağ silsiləsində gecələr temperatur -92,7 dərəcəyə enir.

“İstirahətiniz üçün ən soyuq yer axtarırsınız? Orada heç kimi görə bilməzsiniz, lakin Yer kürəsində tapdığımız ən soyuq yer Şərqi Antarktika platosunda yerləşən hündür dağ silsiləsidir. Aydın qış gecəsində bu ərazidə temperatur -92,7 dərəcəyə qədər düşə bilər”, - deyə NASA-dan qeyd edilib.

Bu dərəcədə temperaturun hətta benzini belə, dondura biləcəyi vurğulanır.

Infoteka.az