“ÜST-ün tövsiyələrinə əsasən, uşaq dünyaya gətirmək üçün ən uyğun yaş 18-35-dir”.
İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və Təhlil Şöbəsinin həkim-metodisti Afət Məmmədova deyib.
O bildirib ki, bununla bağlı ÜST-ün digər tövsiyələri də var: “Doğuşdan növbəti hamiləliyə qədər mütləq iki il fasilə olmalıdır. Bu onunla bağlıdır ki, ana hamiləlik zamanı bədənindəki lazımlı elementləri dölə verir. Bu səbəbdən fasilə olmalıdır”.
A.Məmmədovun sözlərinə görə, 18 yaşadək olan anaların ölüm hallarına əsasən erkən doğuş səbəb olur.