"Hazırda Şuşada 10 tarixi abidə bərpa edilir".
İnfoteka.az xəbər verir ki, "Report"un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O qeyd edib ki, Şuşa şəhəri işğaldan azad ediləndən sonra şəhərin tarixi-mədəni irsinin bərpası istiqamətində vacib addımların atılmasına başlanılıb: "Hazırda bir çox dini abidələrin bərpası işləri aparılmaqdadır. Bu günə qədər 7 abidə bərpa olunub. Hazırda 10 tarixi əhəmiyyətli abidə üzrə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri aparılır. Onların arasında 3 məscid də var. Oradakı işlər isə gələn ilin sonunda yekunlaşacaq".