Infoteka.az
Hərbi

Şoyqu: "Rusiya Silahlı Qüvvələrinin sayı 1,5 milyon nəfərə çatdırılmalıdır"

"Rusiya Silahlı Qüvvələrinin (SQ) sayı 1,5 milyon nəfərə çatdırılmalıdır".

İnfoteka.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

O, həmçinin vurğulayıb ki, müqaviləli hərbi qulluqçuların sayı 695 min nəfərə çatdırılmalıdır.

Daha əvvəl S.Şoyqu ölkədə qismən səfərbərlik elan edildikdən sonra 20 mindən çox insanın könüllü kimi hərbi xidmətə getdiyini bildirib.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. Rusiya Silahlı Qüvvələrin sıralarına 300 min nəfər çağırılıb. Bunlardan 150 mini hərbi poliqonlarda təlim keçir.

Infoteka.az