“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmanverdi Həsənov vəzifəsindən azad edilib.
İnfoteka.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən “Report”a verilən məlumata görə, “Bakı Gəmiqayırma Zavodu”nda İdarə Heyəti yaradılıb.
Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək.
İndiyə qədər zavodun direktoru olan İmanverdi Həsənov isə İH-nin sədr müavini kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.