Infoteka.az
Sosial

Gömrük Komitəsində diplomu təsdiqlənməyən şəxslərin işdən çıxarılması iddiasına rəsmi cavab

Dövlət Gömrük Komitəsi kadr islahatları ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

İnfoteka.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Oxu.Az"-ın sorğusuna cavab olaraq bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük əməkdaşlarının diplomlarının araşdırılması ilə bağlı xüsusi göstəriş verildiyinə və xeyli sayda şəxsin diplomunun təsdiqlənməməsinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Bildiririk ki, işə qəbul zamanı, həmçinin gömrük orqanlarında xidmət dövrlərində mütəmadi olaraq insan resurslarının idarəedilməsi ilə bağlı sənədlərin öyrənilməsi həyata keçirilir və qanunazid hallar aşkar edildikdə, müvafiq tədbirlər görülür”.

Infoteka.az