Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfər edəcək.
İnfoteka.az report-a istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.
A.Simonyan bildirib ki, səfər oktyabrın 9-una planlaşdırılıb. O, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşəcək.
Parlament sədri söyləyib ki, səfər zamanı regional və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki məsələlər müzakirə olunacaq.