Infoteka.az
Siyasət

Ermənistan TŞ-nın katibi: "Azərbaycana təminatçılıq təsisatı yaratmağı təklif etmişik"

“Ermənistan sülh müqaviləsi layihəsinin mətnində Azərbaycana təminatçılıq institutu yaratmağı təklif edib”.

İnfoteka.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 22-də Ermənistan parlamentində keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulur: “Bundan başqa, yaranacaq həlli mümkün olmayan böhranla bağlı Beynəlxalq Məhkəməyə müraciət mexanizminin yaradılmasını da təklif etmişik”.

Infoteka.az