Infoteka.az
Siyasət

Qarabağ Böyük Qayıdışın başlanğıcında

       16.11.2022–ci il  tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə  “Böyük Qayıdışa dair I Dövlət Proqram” ını təsdiq etmişdir.

        Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri  və  mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması və.s məsələləri öz əksini tapmışdır.

        İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən  bərpa  olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

         Dövlət Proqramının əsas məqsədləri ”Azərbaycan 2030: sosial- iqdisadi inkişafa dair Milli Prioritetlər” də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd:

        1.Əhalinin dayanıqlı məskunlaşması

        2.Ərazilərin iqtisadi fəaliyyətə inteqrasiyası çərçivəsində müəyyən edilmişdir.

         Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş  ərazilərdə insan kapitalının ikişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki  bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması planlaşdırılır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası işinin təşkili, abidələrin invertarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas  vəzifələrdəndir.

         Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin  əhali arsında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün  təbliğat işlərinin şaxələndirilməsi  həyata keçiriləcək tədbirlərə daxildir.

         Ərazilərdə tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması   nəzərə alınacaqdır.

          İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ərazilərin bərpası  zamanı  ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılandan çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər.  Bu sahədə digər dövlətlərin, beynəlxalq hökümət və qeyri – hökümət təşkilatlarının təcrübəsi nəzərə alınacaqdır.

          Dövlət Proqramının icrasının  optimallaşdırılması məqsədilə 5 illik  dövrü əhatə  edən Tədbirlər Planı, əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının  müəyyənləşdirilməsi, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.

          Bu Proqramın  həyata keçirilməsi  ilə Dağlıq  Qarabağa həyat qayıdacaq, insanlar qayıdacaq, yüzminlərlə Azərbaycan vətəndaşı öz  doğma torpaqlarına  geri dönəcək, həsrət bitəcək və Azərbaycan daha da güclü olacaq. Yaşasın Azərbaycan ! Qarabağ Azərbaycandır!

 

       Zərxanım Zülfüqarova

       Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbin tarix müəllimi

Infoteka.az