Infoteka.az
Siyasət

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi kimdir? - DOSYE

Dekabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

İnfoteka.az "Oxu.Az"-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Fuad Vahid oğlu Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.

O, bundan əvvəl Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən metaləritmə zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub. 

Şura üzvlüyünə qədər isə “PAŞA Holdinq” MMC-nin əməkdaşı olaraq fəaliyyət göstərib. 

Infoteka.az