Xüsusi əməliyyat zamanı Rusiyanın yüksək dəqiqlikli uzaqmənzilli raketləri Ukraynada 1300-dən çox kritik obyekti vurub ki, bu da Ukrayna ordusunun döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıb və Ukrayna hərbi sənaye kompleksinin işini iflic edib.
İnfoteka.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
"Əməliyyat çərçivəsində 1300-dən çox kritik hədəf yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə vurulub. Bu, Ukrayna silahlı qüvvələrinin döyüş potensialını əhəmiyyətli dərəcədə azaltmağa, komandanlıq və idarəetmə sistemini sıradan çıxarmağa, hərbi-sənaye kompleksinin işini iflic etməyə və hərbi daşımaları xeyli çətinləşdirməyə imkan verib”, - deyə Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.