Infoteka.az
İdman

"Neftçi" qış fasiləsinə qələbə ilə yollandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

İnfoteka.az xəbər verir ki, açılış oyununda "Neftçi" "Şamaxı"nı qəbul edib. "Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 3:0.

Hesabı 41-ci dəqiqədə İsmayıl Zülfüqarlı açıb. 21 yaşlı yarımmüdafiəçi kapitan Emin Mahmudovun ideal ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Digər qol 52-ci dəqiqədə vurulub. Qonaqlardan Fuad Bayramov topu öz qapısından keçirib. Qarşılaşmada son nöqtəni isə paytaxt təmsilçisinin gənc futbolçusu Ağadadaş Salyanski qoyub. O, 89-cu dəqiqədə rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Bu qələbədən sonra xallarını 38-ə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 13 xalı olan "Şamaxı" isə 7-ci sırada qalıb.

Günün digər oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, ilin son turunun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" matçıarı dekabrın 24-də, "Zirə" - "Kəpəz" görüşü isə dekabrın 25-də gerçəkləşəcək.

Infoteka.az