Infoteka.az
Sağlamlıq

Daha 84 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

İnfoteka.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 219 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər vəfat edib, aktiv xəstə sayı 600 nəfərdir.

Ölkədə son sutka ərzində 1 506, hazırkı dövrədək isə 7 416 537 test aparılıb.

Infoteka.az