Rusiyanın Kemerovo şəhərində qocalar evində baş verən yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
İnfoteka.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda dağıntılar təmizlənir.
İlkin məlumata görə, yanğına sobanın düzgün istifadə edilməməsi səbəb olub. Kemerovo vilayətinin səlahiyyətliləri bu fövqəladə vəziyyətdən sonra bölgədəki digər qocalar evlərini yoxlayacaq.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.