Infoteka.az
Dünya

Sergey Şoyqu: “Qismən səfərbərlik çərçivəsində 200 mindən çox insan orduya yazılıb”

“Rusiyada 200 mindən çox insan qismən səfərbərlik çərçivəsində orduya cəlb olunub”.

İnfoteka.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, səfərbər olunanların zəruri geyim dəstləri və digər əmlakla təmin edilməsi, hərbi vəzifələrə təyin edilməsi barədə müvafiq rəsmi şəxslərə tapşırıqlar verilib: “Təşkil edilmiş bölmələrin şəxsi heyətinin hazırlığı səksən poliqonda və altı təlim mərkəzində aparılır”.

Müdafiə naziri bildirib ki, çoxlu sayda könüllü komissarlıqlara müraciət edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik edib.

Infoteka.az