ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 15-ə çatıb.
İnfoteka.az "CNN"-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında daha çox insan ölüb.
“Flyaware.com” portalının məlumatına görə, ABŞ-da pis hava şəraitinə görə, 1,8 mindən çox reys təxirə salınıb. Pis hava şəraiti ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib.