Həftəsonu ABŞ-ı bürümüş qar fırtınası nəticəsində ölənlərin sayı 34-ə çatıb.
İnfoteka.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Qurbanların ən çoxu – 12 nəfər Nyu-York ştatının payına düşür. "Havanın hələ də nə qədər təhlükəli olduğunu qiymətləndirə bilmərəm", - qubernator Keti Hokul deyib. Onun sözlərinə görə, yüzlərlə insan yolda xilas edilib.
Şənbə günü 15 nəfərin öldüyü bildirilib.
Həftəsonu ABŞ-da 5 000-dən çox uçuş ləğv edilib.