Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
İnfoteka.az "Haber Global"a istinadən xəbər verir ki, buna səbəb Fransada PKK-nın Türkiyəyə qarşı apardığı əks-təbliğat kampaniyasıdır.
Bununla bağlı narazılıq səfirə bildirilib və müvafiq təlimatlar təqdim edilib.