Səudiyyə Ərəbistanının "Əl Nəsr” klubu Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib.
Səudiyyəlilər artıq futbolçu və onu müşayiət edənlər üçün yaşayış yerləri sifariş edib və qış transfer pəncərəsi açılana qədər müqaviləni tamamlamaq niyyətindədirlər.
Əgər Ronaldu “Əl-Nəsr”lə müqavilə imzalamağa razı olarsa, o zaman mətbuatın yazdığına görə, o, ayda təxminən 200 milyon avro alacaq.