İsveç və Finlandiya 2023-cü ildə NATO-ya daxil olacaq.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Baş katib blokun yeni üzvlərinin ratifikasiyası prosesinin vaxtında başa çatdırılacağına, Türkiyənin İsveç və Finlandiyaya qarşı veto hüququndan uzun müddət istifadə etməyəcəyinə əminliyini ifadə edib.
Bununla yanaşı, Stoltenberq iki ölkənin alyansa daxil olmasının son tarixini açıqlamayıb.