Infoteka.az
İdman

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

"Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm".

İnfoteka.az xəbər verir ki, bunu İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov "transfermarkt.ch" saytına müsahibəsində deyib.

23 yaşlı hücumçu son illərdə Azərbaycanda idmanın inkişaf etdiyini bildirib: "Düşünürəm ki, Qətərdəki dünya çempionatı autsayderlərin sürprizlər edə biləcəyini göstərdi. AVRO-2024-ün seçmə mərhələsində İsveç, Avstriya və Belçika kimi güclü rəqiblərimiz var. Amma əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Infoteka.az