İqtisadiyyat naziri Mikayıl Cabbarov “ASAN xidmət”in əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib.
İnfoteka.az xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.
“Vətəndaşların müasir və innovativ xidmətlərlə təmin olunmasında mühüm əməyi olan “ASAN xidmət”in əməkdaşlarına peşə bayramı münasibətilə təbriklərimizi çatdırır və işlərində uğurlar arzulayırıq”, - M. Cabbarov bildirib.