Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs yaralanıb.
İnfoteka.az xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Mer deyib ki, xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər. Bundan başqa, Kiyevdə su və elektrik enerjisi kəsilib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, bu gün səhər saatlarından etibarən Ukraynaya 120 raket atılıb.