Bu gündən bəzi tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
İnfoteka.az xəbər verir ki, həmin tibb müəssisələri aşağıdakılardır:
- Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri
- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
- Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
- V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,
- Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
- Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
- Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
- Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
- Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ildəki müvafiq qərarı ilə həmin tibb ocaqları Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdi.