Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.
İnfoteka.az xəbər verir ki, bu barədə onun bacısı danışıb:
“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”.
Qeyd edək ki, Pelenin anasının 100 yaşı var.
Pele 2 gün əvvəl 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.