Infoteka.az
Dünya

Çavuşoğlu Pelenin dəfn mərasiminə qatılacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutacaq dəfn mərasimində iştirak edəcək.

İnfoteka.az xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək nazir M.Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi tapşırıb.

Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.

Infoteka.az