Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçuların siyahısını hazırlayıb.
İnfoteka.az "Qol.az"a istinadən xəbər verir ki, birinci yeri 22 qolla Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi tutub. İkinci yerdə Kilian Mbappe (21), üçüncü yerdə isə Julian Alvares (15) qərarlaşıb.
Top 11 belədir:
1. Lionel Messi ( Argentina ) - 22 qol
2. Kilian Mbappe (Fransa) - 21
3. Julian Alvares (Argentina) - 15
4-5. Erlinq Haalland (Norveç) - 14
4-5. Sadio Mane (Seneqal) - 14
6-7. Robert Levandovski (Polşa) - 13
6-7. Pedro (Braziliya) - 13
8-11. Eldor Şomurodov (Özbəkistan) - 12
8-11. Rişarlison (Braziliya) - 12
8-11. Məhəmməd Salah (Misir) - 12
8-11. Kərim Benzema ( Fransa ) - 12