Türkiyənin Hatay vilayətində xüsusi əməliyyat zamanı 30-dan çox terrorçu saxlanılıb.
İnfoteka.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Hatay vilayətinin polis əməkdaşları PKK terror təşkilatının 16 və İŞİD-in 17 silahlısını saxlayıb.
Axtarışlar zamanı onlardan ov tüfəngi, tapança, döyüş sursatı və narkotik vasitələr götürülüb.