Bakının Sabail rayonunda 21 yaşlı gənc bıçaqlanıb.
İnfoteka.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Bəşirov Elmar Mehman oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun sağ baldır və bud nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.
Hadisənin təfərrüatı araşdırılır.