Infoteka.az
İdman

Azərbaycanın U-19 milli komandasının baş məşqçisi ilə müqaviləyə xitam verilib

Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib.

İnfoteka.az xəbər verir ki, bu barədə AFFA İK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bildirilib ki, U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

Infoteka.az