Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.
İnfoteka.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Ölkədə bu günədək ümumilikdə 826 462 nəfər COVID-19-a yoluxub. Onlardan 816 054 nəfər müalicə edilərək sağalıb, 10 008 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 400 nəfərdir.
Son gündə 973, bu günədək 7 433 695 test aparılıb.