Son bir neçə həftə ərzində Rusiya əsgərlərinin təslim olması ilə bağlı 2000-dən çox müraciət daxil olub.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məsələ ilə bağlı hərbi kəşfiyyat nümayəndəsi Andrey Yusov “Freedom” telekanalının efirində açıqlama verib.
Yusov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücumundan və Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra müraciətlərdə artım müşahidə olunub.
“O zaman təkcə Ukrayna ərazisində işğalçı orduda olan əsgərlər deyil, həm də yenicə səfərbər olunmuş və hələ də Rusiya Federasiyasının ərazisində olanlar, yaxud onların qohumları zəng etməyə başladılar. Hətta səfərbər oluna biləcəyindən şübhələnən insanlar hər ehtimala qarşı məlumatı dəqiqləşdirirlər.
Bir neçə həftə ərzində bizə artıq 2000-dən çox belə müraciət daxil olub”, - deyə Andrey Yusov vurğulayıb.