Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə planlaşdırılan telefon danışıqlarından sonra BMT Türkiyə rəhbərliyi ilə əlaqə saxlayacaq.
İnfoteka.az xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə zamanı Türkiyə hakimiyyəti bu cür telefon danışıqları ilə bağlı məlumatı mütəmadi paylaşıb.
“Əminəm ki, onlar başa çatdıqdan sonra Türkiyə rəsmiləri ilə əlaqə saxlayacağıq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.