Infoteka.az
Mədəniyyət

“Çeburaşka” animasiya filmi yerli kassada rekorda imza atdı

Rejissoru Dmitri Dyaçenko olan və yazıçı Eduard Uspenskinin yaratdığı “Çeburaşka” animasiya filmi yerli kassada üç milyard rubldan çox gəlir gətirərək sıralamada ikinci oldu.

Bu günün nəticələrinə görə, Çeburaşkanın hesabında artıq 3,022 milyard rubl var və bunun da sayəsində animasiya filmi yerli kassada “Marvel” komikslərinin ekranlaşdırılması olan “Hörümçək adam 3: Evə yol yoxdur” filmini ötüb. Yalnız "Kölə" komediyası 3,088 milyard rubl gəlirlə ilk yeri tutur.

Infoteka.az