Infoteka.az
Hadisə

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Egey dənizində, Çanaqqalanın Ayvacık rayonu sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Dəniz səthinin 14,95 kilometr dərinliyində olan zəlzələnin episentrinin Çanaqqalanın Ayvacık rayonundan 15,82 kilometr aralıda olduğu müəyyən edilib.
Zəlzələ İzmir və ətraflarında da hiss olunub.

Infoteka.az