Infoteka.az
Dünya

Peskov: KTMT Ermənistanın mövqeyinə aydınlıq gətirəcək

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.

"Düşünürəm ki, KTMT xətti ilə həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. Hər halda, Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz indi çox çətin olan məsələlərlə bağlı dialoqu davam etdirəcəyik", - deyə Peskov əlavə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib.

Peskov: KTMT Ermənistanın mövqeyinə aydınlıq gətirəcək
Infoteka.az