Infoteka.az
Hərbi

Hulusi Akar: Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qazilərlə görüşündə bildirib ki, Azərbaycan Ordusu böyük uğurla “Tək Vətən” hərəkatını həyata keçirib. Hulusi Akar diqqətə çatdırıb ki, Türkiyə buna görə sevinclidir. O şəhidlərin, qazilərin fədakarlığının nəsillər boyu xatırlanacağını, tarixdə əhəmiyyətli yer alacağını vurğulayıb.

“Bütün dünya Türkiyə ilə Azərbaycanın bir ananın iki oğlu olduğunu gördü. Bundan sonra Türkiyəyə, Azərbaycana hər hansı bir şəkildə planl olan varsa, bu addımı atmadan əvvək iki dəfə düşünəcək”,- deyə nazir qeyd edib.

Hulusi Akar Türkiyə və Azərbaycanın kədərdə və sevincdə bir olacağını qeyd edib.

Infoteka.az