Infoteka.az
Dünya

 Annalena Berbok: Ukraynaya əlavə 40 milyon avro ayrılacaq

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevin ehtiyacı olduğu müddətdə Almaniyanın Ukraynanı dəstəkləyəcəyi və əlavə olaraq Ukraynaya 40 milyon avro ayrılacağını açıqlayıb.

Vəsait Ukraynada minaların təmizlənməsinə, həmçinin generatorların genişləndirilməsinə sərf olunacaq.

Bundan əvvəl Estoniya, Polşa və Finlandiyanın xarici işlər nazirləri telefon danışıqları zamanı Ukraynaya yardımı, o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadəsini müzakirə ediblər.

Infoteka.az