Infoteka.az
Siyasət

Türkiyə Cənubi Qafqazda qeyri-stabilliyin aradan qaldırılmasını balanslı siyasəti ilə təmin edib

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Cənubi Qafqazda illərdir davam edən böhranın nəticəsi olaraq yaranan qeyri-stabilliyin aradan qaldırılmasını balanslaşdırılmış siyasəti ilə önəmli ölçüdə təmin edib.

O qeyd edib ki, Türkiyə Azərbaycan, Suriya və Liviyadan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndərir.

Onun sözlərinə görə, bu, vicdan məsələsidir və Türkiyə bu addımları atmağa davam edəcək.

Infoteka.az