2023-cü ilin rənginə "18-1750 Viva Magenta" adı verilib. İnstitutun fikrincə, bu, dünyanın keçdiyi çətin dövrdə onun ehtiyacı olan gücün və canlılığın simvoludur. Bu səbəbdən ilin rəngini elan edərkən tviterdə "Qeyri-adi vaxt üçün qeyri-adi kölgə" sözləri yazılıb.
Yeni qırmızı rəng süni intellektin köməyi ilə hazırlanıb.
Xatırladaq ki, 2022-ci ilin rəngi bənövşəyi və qırmızının alt tonu olan mavi idi.
Qeyd edək ki, 1950-ci ildə Nyu-Yorkda qurulan “Pantone” şirkəti 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir.