Məşhur kolumbiyalı müğənni Şakira keçmiş əri Jerar Pikeyə oğlu ilə canlı yayıma görə qəzəblənib.
Belə ki, “Twitch”də canlı yayımda onun doqquz yaşlı oğlu Milan futbolçunun yanında əyləşib.
Şakira keçmiş ərinin bu ictimai addımından narazılıq edib.
“O, oğlu Milanın Jerar Pikenin şirkətinin tədbirinin yayımında, böyüklər üçün məzmunun müzakirəsində iştirakı ilə bağlı razılıq verməyib”, - nəşrin məlumatında qeyd olunub.
Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə müğənninin dünya çempionatı üçün ifa etdiyi “Waka Waka” mahnısının klip çəkilişi zamanı tanış olublar. 35 yaşlı Pike və 45 yaşlı Şakira 12 illik münasibətdən sonra bu ilin iyununda ayrılmaq qərarına gəliblər. Onlar rəsmi nikahda olmayıblar, iki övladı var.