Belçikanın paytaxtı Brüsseldə çox sayda polis maaşlarının artırılması və pensiya hüquqlarının yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirib.
525.az xəbər verir ki, Belçikadakı həmkarlar ittifaqlarının çağırışı ilə 300-ə yaxın polis Brüsseldəki Federal Polis Baş İdarəsi qarşısına toplaşıb. Birliklərin mavi, yaşıl və qırmızı rəngli jiletlərini geyinən polislər Federal Polis İdarəsinin qarşısındakı küçəni bağlayıb. Aksiyaya çoxlu motosikletçi və mülki geyimli polis qatılıb. Məşəl alovlandıran məmurlar federal hökumətdən maaşların artırılmasını və pensiya şərtlərinin yaxşılaşdırılmasını tələb edib.
Qeyd edək ki, Belçika polisləri uzun illərdir ki, maaşlarının artırılmamasına, vəzifələrinin ağır vəzifə kateqoriyasından çıxarılaraq pensiya yaşının artırılmasına etiraz edir.