Infoteka.az
İdman

Ərəbistan klubundan Messiyə 280 milyonluq təklif

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ-nin hücumçusu Lionel Messi ilə müqavilə imzalamaq istəyir.


Klub hücumçuya ildə 280 milyon avro ödməyə hazırdır.

Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədər qüvvədədir. Fransızlar müqavilənin uzadılması üçün danışıqlar aparır. Argentinalı futbolçu “Əl-Hilal"a keçməyə razı olsa, onun müqaviləsindəki şərtlərin böyük hissəsi dövlət tərəfindən maliyyələşdiriləcək.

Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kriştiano Ronaldonun “Əl Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq. “Əl-Hilal” - “Əl-Nəsr” oyunu Səudiyyə Ərəbistanının əsas derbisidir. 

Qeyd edək ki, Messi Səudiyyə Ərəbistanının turizm səfiridir. O, artıq 2022-ci ilin mayında ölkəyə səfər edib.

Infoteka.az